Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Xocalı soyqırımının 29-cu ildönümü münasibətilə anım mərasimi keçirildi

0

  •          Bəşər tarixinin ən qanlı səhifələrindən olan Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar respublikamızın bütün bölgələrində olduğu kimi, xocalıların kompakt şəkildə müvəqqəti məskunlaşdıqları qəsəbələrdə də anım mərasimləri keçirildi. Anım mərasimində Xocalı rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov, Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, digər rəhbər şəxslər və Xocalı rayon ictimaiyyəti iştirak etdilər. Goranboy rayon ərazisində salınmış Yeni Yaşayış massivində, Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində, Gəncə şəhəri ərazisində salınmış 600 aiəlik qəsəbədə ucaldılmış Xocalı soyqırımı abidələri ziyarət edildi. Abidələr önünə qərənfillər düzüldü. Soyqırım qurbanlarının ruhuna dualar oxundu.          1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı alayının iştirakı ilə Xocalı şəhərini yerlə-yeksan etdi. Erməni təcavüzkarlarının Azərbaycan xalqına qarşı törətdiyi növbəti kütləvi qırğın nəticəsində 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq, 70 qoca dünyasını dəyişdi. 1275 dinc sakin əsir götürüldü, 150 nəfərin taleyi isə hələ də məlum deyil. Bu soyqırımı aktı nəticəsində 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 132 uşaq isə valideynlərindən birini itirdi.         Zəfər Gününü sevinclə qeyd edən xocalılar ilk olaraq müvəqqəti məskunlaşdıqları qəsəbələrdə ucaldılmış Xocalı soyqırımı abidəsi önünə gəldilər. Ancaq bu dəfə yalnız soyqırım qurbanlarının xatirəsini yad etmək məqsədilə deyil, həm də şəhidlərimizin ruhuna qələbə müjdəsini çatdırmaq üçün tələsdilər. Xocalı yarasının doğma torpaqlarımıza qayıdarkən səngiyəcəyini, o zaman şəhidlərimizin ruhlarının da şad olacağını bilirdik.         Ümummilli lider Heydər Əliyevin Xocalı soyqırımının dördüncü ildönümü ilə əlaqədar Xocalı sakinlərinin bir qrupu ilə görüşündən sonra sanki bütün xocalıları həyata bağladı. Onlara dəstək olaraq ümidli gələcəyə olan inamını artırdı. Ulu öndər Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyevin qətiyyəti ilə Vətən Müharibəsində düşmən üzərində Böyük Zəfər qazandıq. Şəhidlərimizin ruhları rahatlıq tapdı. 44 gün davam edən haqq savaşımızda Xocalı soyqırımı cəlladları da məhv edildi. Xocalı sakinləri mənfur qonşulara qarşı layiqli mübarizə aparmış, döyüşkənliyi, torpağa bağlılıqları ilə düşmənə göz dağı vermişdir. Aprel döyüşləri zamanı da, II Qarabağ Müharibəsində də Xocalının igid oğulları şücaətlə döyüşdülər. Vətən Savaşında səkkiz nəfər döyüşçümüz şəhidlik mərtəbəsinə ucaldı, on üç nəfər döyüşçümüz isə qazi adını aldı. Könüllü olaraq döyüşlərə qatılan igid oğullarımız torpaqlarımızın ərazi bütövlüyü uğrunda və şəhidlərimizin qisasını almaq məqsədilə irəli atıldılar.         Xocalı soyqırımı qurbanlarının xatirəsi heç bir zaman unudulmayacaq, onların xatirəsi daim qəlbimizdə yaşayacaqdır.        Allah bütün şəhidlərimizə rəhmət eləsin!
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    KateqoriyaSiyasət
    Yerləşdirdi
    Yerləşdirildi3 il öncə
    İzlənib49 dəfə
    Xocalı soyqırımının 29 cu ildönümü münasibətilə anım mərasimi keçirildi

    Maraqlı gələ bilər
    48